Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Nazirlik 164 ədəd "Xəzər" avtomobili alır

Nazirlik 164 ədəd "Xəzər" avtomobili alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC-dən 164 ədəd “Khazar LX” markalı minik avtomobili alacaq.

Nazirlik buna görə 1 milyon 999  min 980 manat ödəniş edəcək.

Başqa sözlə, hər avtomobil quruma 12  min 195 manata başa gələcək. 

ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, avtomobillər ölkə prezidentinin ayırdığı vəsait hesabına alınır. Onlar Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim ediləcək.