Vakansiyalar

Bizim Market işçi axtarır - MAAŞ 1200 MANAT

Market meneceri:

Namizədə olan tələblər:

• Ali təhsil;
• Market meneceri və ya müavini kimi 1 il iş təcrübəsi;
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)olmalı;
• İşgüzar davranış etikası;
• Satış texnikası və prinsiplərini bilməli;
• Alıcılara keyfiyyətli xidmətin təşkili;
• Kompüter bilikləri (MS Office);

İş haqqında məlumat:

• Marketin personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
• Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək;
• Market və personalın səliqə və təmizliyinə nəzarət etmək.

İş şəraiti:

• 6 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı 800-1200 AZN
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Vakansiyaya müraciət üçün CV-ləri “Market meneceri” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department