Qızılın qiyməti 8 ilin maksimumuna çatdı
Qızılın qiyməti koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsiri ilə əlaqədar davam edən narahatlıqlar fonunda demək olar ki, səkkiz ilin maksimumuna çatdı.
Qiymətli metalların bahalanmasının səbəblərindən biri də ABŞ dollarının ucuzlaşmasıdır. Dow Jones yazır ki, ICE dollar indeksi 0,5% ucuzlaşıb. Dolların dəyərdən düşməsi fonunda maraqlar isə daha çox qızıla yönəlir.
Çərşənbə axşamı Nyu-Yorkdakı ticarət zamanı iyun qızıl fyuçersləri 1% bahalaşaraq 1 unsiya üçün 1711.4 dollara çatdı, bu 2012-ci ilin sonundan bəri ən yüksək göstəricidir.