ENA+

"Tarixin ən dərin böhranına hazırlaşın!"

Bank of America ABŞ iqtisadiyyatının koronavirus pandemiyası ilə əlaqədar olaraq qarşıdakı 3 rübdə azalacağını və tarixin ən dərin böhranının yaşanacağını nəzərdə tutur. 

ENA.az xəbər verir ki, Bankın iqtisadçıları, minlərlə adamın ölümünə səbəb olan koronavirus ilə əlaqədar olaraq ABŞ-ın iqtisadi artım proqnozlarını aşağı salıb.

Bank, ABŞ iqtisadiyyatının bu ilin ilk rübündə 7%, ikinci rübündə 30%, üçüncü rübündə isə 1% kiçiləcəyini gözləyir.

"Ümumi daxili məhsulda kumulyativ azalmanın 10.4%-ə çatmasını, bunun da ən dərin durğunluq olacağını gözləyirik", - Bankın iqtisadçıları bildiriblər. 

Bank, böhran səbəbilə 20 milyona yaxın iş yerinin bağlana və işsizlik nisbətinin 15.6%-ə çata biləcəyini qeyd edib. 

İstehlakçı xərclərinin ilin üçüncü rübündə ehtimalla müsbətə qayıdacağını, ancaq şirkət investisiyalarında daha çox azalma ola biləcəyi vurğulanıb. 

Ağ Ev və ABŞ Mərkəzi Bankı virus pandemiyasının yaratdığı təxribatı önləmək üçün əhəmiyyətli addımlar atıblar. Prezident Donald Tramp 2 trilyon dollarlıq dəstək paketi açıqlayıb, Fed faizləri aşağı salıb, təşviqləri artırıb. 

Bankın iqtisadçıları, "bu aşağı istiqamətli gedişatın ciddiliyinə baxdığımızda daha çox maliyyə təşviqi lazım olacaq" bildiriblər. Daha çox vergi endirimlərinə və kiçik müəssisələrə daha çox dəstəyə ehtiyac ola bilər. Bank of America-ya görə, Vaşinqtonun maliyyə addımlar 3 - 5 trilyon dollara çata bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)