Birja

Saziş vəziyyəti xilas edə bilmədi - Rusiyanın pessimist neft proqnozu

Rusiyanın Energetika naziri Novak neftə tələbatın daha da azalacağını, buna görə də aprel ayında neft hasilatını artırmaq planlarının olmadığını söyləyib. Bu isə neft bazarına dərhal təsir edib və bu gün neft son aylarda ən yaxşı dinamika göstərib. Brent nefti 20% bahalaşaraq 30 dollara yüksəlib.

Buna baxmayaraq, Aleksandr Novak, "Bizim qiymətləndirmələrimizə görə, yaxın həftələrdə bazarda vəziyyət pisləşəcək və tələb daha da azalacaq", söyləyib.

Novakın sözlərinə görə, Rusiya neft şirkətlərinin rəhbərləri birlikdə neft bazarlarını hərtərəfli təhlil ediblər. Qiymətləndirmələrin nəticələri belədir ki, yaxın həftələrdə vəziyyət daha da kritikləşəcək.

Rusiya ilə OPEC arasında dünən imzalanan, neft hasilatını azaltma müqaviləsinə toxunan Novak, "Razılaşmanın mövcud vəziyyətə qətiyyən təsiri olmayacaq. Səudiyyə Ərəbistanı hasilatı gündə 1,5 milyon barel azaltmağı təklif etdi. Rusiyada neft hasilatı bundan 10 dəfə çox, yəni gündəlik 15 milyon barelə qədər azaldı. Saziş vəziyyəti xilas edə bilmədi", söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)