Azərbaycanda bank əmanətlərinin 16%-i qorunmur
2019-cu ilin yekununda Azərbaycanda qorunan bank əmanətlərinin xüsusi çəkisi 84% təşkil edib.
Bu barədə hökumətin hesabatına istinadən xəbər verir.
Başqa sözlə, bu ilin əvvəlinə ölkədəki bank əmanətlərinin 16% qorunmayan əmanətlər olub.
Yeri gəlmişkən, hesabat tarixinə banklarda fiziki şəxslərə çəxsus 8,638 milyard manat depozit olub. Bu isə illik müqayisədə 3,1% çoxdur.