Sığorta

Sığorta qanunlarında dəyişikliklərlə bağlı – PALATAYA TƏKLİFLƏR

Azad İstehlakçılar İctimai Birliyi (AİİB) ölkədə sığorta sahəsində bəzi məsələlərin daha yaxşı tənzimlənməsi ilə bağlı bu sahədə nəzarətedici qurum - Maliyyə Bazarlarına Nəzarət Palatasına təklifər ünvanlayıb.

Qurumdan verilən məlumata görə, bu təkliflər indiyədək AİİB-yə daxil olan müraciət və şikayətlər əsasında formalaşıb. Palatanin rəhbəri İbrahim Alışova ünvanlanan müraciətdə deyilir ki, təkliflər son vaxtlar bəzi sığorta məsələləri ilə bağlı artan şikayətləri nəzərə alaraq hazırlanıb. Həmin təkliflər aşağıdakılardır:

 

1. Hazırda sığorta sahəsində qiymətləndirmə və ödəniş əsas mübahisəli problemlərdəndir. Bu sahədə problemin aradan qaldırılması Platanın əvvəllər formalaşdırdığı “Sığorta fəaliyyəti haqqında”A.R. Qanununun 95.3-cü maddəsinə əsasən sığorta sahəsində yardımçı fəaliyyət göstərən “müstəqil ekspertlər”in reyestrindəki şəxslərin təcrübəsindən yararlanmaq və onların müstəqilliyini daha da təkmilləşdirmək yəni Palata tərkibində “müstəqil ekspertlər komissiyası ” yaratmaq daha məqsədəuyğun olardı.

 

2. “Hərbi Qulluqçuların İcbari Sığortası” zamanı Hərbi Həkim Komissiyasının tibbi eksperetizası adətən xəsart halını “yüngül”, “az ağır”, “ağır ” dərəcələrə görə qiymətləndirir. Lakin qanunda sığorta ödənişi “yüngül” və “ağır” xəsarətlərə görə ödəniş edilir. “az ağır ” xəsarət halı isə qanunda ödəniş kimi göstərilmədiyindən bir sıra hallarda mübahisə doğurur. Bu halla bağlı ya qanuna “az ağır” xəsarətlə bağlı əlavə olunmalı ya da “normativ xarakterli akt ” qəbul olunmalıdır.

 

3. Sığorta hadisələri zamanı eyni şirkətə və eyni şəxslərə məxsus müxtəlif avtomobillərin toqquşması zamanı daha çox problem hadisənin “sığorta halı”olub-olmaması ilə bağlıdır. Burada əmlakın sahibi eyni olsa da sürücülər müxtəlifdir. Bu məsələ barədə “normativ xarakterli Akt”ın qəbul edilməsinə ehtiyac var.

 

4. İnzibati Xətalar Məcəlləsinin 468. “Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatların verilməsi” üzrə tədqiqa və cəzalandırma metodu tətbiq olunmalıdır. Hazırda Sığorta şirkətlərinin bəziləri aldadıcı və əsassız imtina halları yazaraq vətəndaşı faktiki olaraq süründürməklə məşğuldurlar. Maraqlıdır ki, bu günə qədər heç bir sığorta əməkdaşı bu maddə ilə tənbeh edilməmişdir.

 

5. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası” digər İcbari sığorta məhsullarına (məsələn Hərbi qulluqçuların dövlət icbari sığortasından) nisbətən daha çox təminat verilir. Bununla bağlı hərbi qulluqçuların dövlət icbari sığortasının da sözügedən sığorta məhsulu kimi təminatlara yaxınlaşdırmaq olar. Bununla bağlı qanuna təkliflər edilsin.

 

6. Maliyyə Bazarlarına Nəzarət Palatasında Sığorta problemlərinin araşdırılması, yeni məhsulların tətbiqi, treninq və təlimlərin keçirilməsi zamanı, yeni qaydaların müzakirəsi, sığorta qaydalarına dəyişiklik zamanı Sığorta şirkətlərinin mənafeyini qoruyan “Azərbaycan Sığortaçılar Asossasiyasını” müzakirələrə dəvət etdiyiniz zaman istehlakçıların hüquqlarını təmənnasız qoruyan “Azad İstehlakçılar” İctimai Birliyinin də dəvət olunması daha arzuolunan olardı.

 

7. Hərbi Qulluqcuların , dövlət icbari şəxsin sığortası haqqında qanunun 7-ci maddəsi ləğv olunaraq, 03.12.13 tarixli qanunla “Sığorta ödənişinin” verilməsinə müddət məhdudiyyəti aradan qaldırılmışıdr. Həmin qanuna belə bir maddənin əlavə olunması məqsədə müvafik olar ki, “Sığorta hadisəsinin baş verdiyi tarixdən aslı olmayaraq bu qanunun qüvvəyə mindiyi vaxtdan istənilən vaxt sığorta ödənişinin alınması ilə bağlı müraciət edə bilər”.

 

8. “Məhkəmə və hüquq mühafizə orqanlarının dövlət şəxsi icbari sığortası haqqında qanun”-un 5-ci maddəsində xidməti vəzifəsinin icrası ilə bağlı həlak olmas bölməsi və sair hissəsində xidməti vəzifənin icrası dedikdə nəyin nəzərdə tutulduğunu aydınlaşdırılmasına ehtiyac vardır. Məsələn təklif kimi xidməti vəzifənin icrası ilə bilavasitə əlaqədə olan hərəkətləri- əməlləri yerinə yetirərkən ola bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)