Neft düşdü, lirə, rubl ucuzaşmaqda davam edir
Dünya bazarında neftin qiyməti bazar ertəsinə enişlə başladı. ENA.az xəbər verir ki, hazırda Brent neftinin qiyməti 26,24 dollaradır. İqtisadi aktivliyin kəskin azalması qızılın qiymətinə də təsir edib və birjalarda əlvan metalların dəyəri bir qədər düşüb.
Azərbaycanın əsas biznes tərəfdaşları olan Rusiya və Türkiyədə milli valyutanın ucuzlaşması davam edir, lakin budəfə qiymətlərin enişi elə də ciddi deyil. ENA.az xəbər verir ki, Bakı vaxtilə saat 11:00-da lirə 6,5754-ə, rus rublu birjada 80,82-ə, nağd şəkildə 81,85-ə ticarət olunur.
Qeyd edək ki, USD/AZN məzənnəsi ötən üç ildə dəyişməyərək, 1.7000 təşkil edir.