Azərbaycan bankı Gürcüstandakı müştərilərinə 3 ay möhlət verib
“PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsi (“PAŞA Bank Gürcüstan”) koronavirus infeksiyasının ölkədə yaratdığı vəziyyəti nəzərə alaraq müştərilərinə kredit ödənişlərində 3 ay möhlət verib.
ENA.az bu barədə “PAŞA Bank Gürcüstan”a istinadən xəbər verir.
Məlumata görə, Bankın əməkdaşları martın 27-nə qədər hər bir müştəri ilə fərdi qaydada əlaqə saxlayaraq onları yenilik və şərtləri barədə məlumatlandıracaq.