Neft bahalaşmaqda davam edir - QİYMƏTİ 31 DOLLARA YAXINLAŞIR
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,03 dollar və ya 8,05% artaraq 27,25 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1,92 dollar və ya 6,74% artaraq 30,39 dollar təşkil edib.