Sənaye

Bir litr neftin qiyməti yarım litir suyun qiymətindən də aşağıdır

Koronavirus epidemiyasının qlobal tələbi azaltması və Səudiyyə Ərəbistanı ilə Rusiya arasında başlayan qiymət rəqabətilə əlaqədar olaraq, Brent neftinin barel qiyməti dünən 24 dollara düşdü. Bu, son 18 ilin ən aşağı səviyyəsidir. 

ENA.az xəbər verir ki, qiymətdəki kəskin azalma ilə maraqlı bir vəziyyət ortaya çıxıb: Bir litr neftin qiyməti, bir litr suyun yarı qiymətindən də aşağı geriləmişdir.  

Bir bareldə standart olaraq 159 litr neft var. Dollar/manat məzənnəsi ilə, 1,70 manatdan hesablandığında, neftin barel qiyməti 41 manat, litrinin qiyməti 26 qəpikdir. Dollar ilə ifadə də isə neftin litrinin qiyməti 15 sentə geriləmişdir. 

Bir litr suyun market qiyməti isə təxminən 50-60 qəpik səviyyəsindədir. Bəzi mineral suların qiyməti daha yüksəkdir. 

Bu vəziyyətdə, neftin bir litri bu an marketdə satılan bir litr suyun yarı qiymətindən də aşağıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)