MALİYYƏ

Bayram günlərində əhaliyə nağd dollar satılmayacaq

Bu gün Azərbaycan Mərkəzi Bankı bankların dollar alması üçün növbəti hərrac keçirəcək. ENA.az xəbər verir ki, bununla bağlı banklara hərrac tələbinin formalaşdırılması üçün Mərkəzi Bank məlumat göndərib.

Məlumatda bildirilir ki, bu gün nağd valyuta satışı üzrə heç bir məhdudiyyət yoxdur. Qarşıdakı bayram günlərində isə əhaliyə nağd satış olmayacaq. Ona görə də hərracda bankların bunu nəzərə alması xahiş olunub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyuta hərracını “Bloomberg” terminalı üzərindən həyata keçirir və hərraca çıxarılan dollar vəsaiti əsasən Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department