Valyuta hərracında tələb tam təmin edilib
17 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilmişdir. Hərracda tələb 250,3 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Bu bardə Mərkəzi Bankdan ENA.az-a daxil olan informasiyada deyilir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, 13 mart 2020-ci il tarixində növbədənkənar valyuta hərracıda tələb 265,2 mln. ABŞ dolları təşkil etmişdi.