Bank

Banklar kreditlərin verilməsini passivləşdirir

Əhali və sahibkarların aldıqları krediti dollara çevirəcəkləri ehtimalı güclənib. Bu da dollarlaşmanın artmasına səbəb ola bilər. Daha çox dollar tələb edilməsi arzuolunan deyil.

Azərbaycanın bir sıra kommersiya bankı kreditlərin ayrılması aktivliyini azaldıblar.

ENA.az xəbər verir ki, bir neçə bank sadələşdirilmiş kredit şərtlərini, endirimləri və reklam kampaniyalarını dayandırıblar.

Səbəb götürülən Manat kreditlərinin əhali və sahibkarlar tərəfindən dollar alışına yönəldilməsi ehtimalının güclənməsidir.

Eyni zamanda, yaranmış vəziyyətdə banklar daha ehtiyatlı mövqe tutmağa çalışırlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)