Sosial iqtisadiyyat

AZAL bu şəhərlərə uçuşları müvəqqəti olaraq dayandırır - RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargah yeni məlumat yayıb. 

Operativ Qərargahdan ENA.zz-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır: 

-          16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı; 

-          16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı; 

-          17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı; 

-          17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı; 

-          24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı; 

-          17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı; 

-          17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja; 

-          17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk; 

-          17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq; 

-          18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk; 

-          17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department