Birja

Gürcüstan larisi kəskin ucuzlaşdı

Gürcüstan milli valyutası olan larinin ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib.

Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, sabah 1 dollar 2,9942 lariyə bərabər olacaq. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2,9494 lari təşkil edib.

 

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə görə, 1 avro 3,3421 lari olaraq müəyyənləşib. Bu gün isə 1 avro 3,3145 lariyə satılıb.

Qeyd edək ki, Gürcüstan Milli Bankı bugünkü valyuta hərracı zamanı 20 mln. dollar satıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)