16 trilyon dollar "buxarlandı"
Koronavirus epidemiyasının bazarlar üzərindəki təsiri gedərək artır. ABŞ-dan Asiyaya, Avropadan Orta Şərqə qədər bütün indekslər kəskin dəyərdən düşüblər. Epidemiyanın bazarları ilk vurduğu 19 Fevraldan bu yana qlobal birjalardan 16 trilyon dollar "buxarlanıb".
Koronavirusun yayılması ilə yaşanan panika bazarları dərindən sarsıdıb. Dünən axşam ABŞ birjalarında 10%-ə çatan azalmalar baş verib, 1987-dəki "qara bazar ertəsi"ndən bu yana qeyd edilən ən böyük itkilər yaşandıb. Nasdaq indeksi 9,43% və S&P 500 indeksi 9,92% düşüb.
Marja xəbər verir ki, ABŞ-dakı enişlərin təsiri bu səhər Asiya bazarlarında da hiss edilib. Asiya birjalarında çox sərt satış dalğası yaşanıb, Yaponiyada itkilər 10%-ə çatıb. Avstraliya birjası 8%-ə yaxın dəyər itirib.
Koronavirusun bazarları ilk vurmağa başladığ 19 Fevraldan bu yana baxıldığında isə itkilərin çox ciddi nisbətlərə çatdığı görülür. Dow Jones 27%, Nikkei 16%, Dax 40%, CAC30%, FTSE 100 indeksi 31% dəyər itirib. Türkiyədə BIST 100 indeksi də 21% düüşb.
Qlobal birjaların cəmi dəyərdən düşmələri 16 trilyon dollara çatıb.