İTV-nin işçisi 6-ci mərtəbədən özünü atdı
![](https://ena.az/uploads/news/2020-03/_ena_b25c7dbfb8be1b3016830ad57_o.jpg)
Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.
ENA.az xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaşın fəhlə işlədiyi və fiziki qüsurlu olduğu bildirilir. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Rasimin vəziyyəti ağırdır.
Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.