Neft ucuzlaşmaqda davam edir - QİYMƏT
Dünya birjalarında neftin qiyməti azalmaqda davam edir.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,24 dollar və ya 3,61% azalaraq 33,12 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1,50 dollar və ya 4,03% azalaraq 35,72 dollar təşkil edib.