Bu ölkədə 4 günlük iş həftəsi test olunur
Finlandiyada bir neçə şirkət dörd günlük iş həftəsinə keçdiyini elan edib.
ENA.az xəbər verir ki, bu, test çərçivəsində həyata keçirilir, dövlət səviyyəsində isə heç bir dəyişiklik edilməyib.
Belə ki, eskperiment çərçivəsində, ilk olaraq, dörd günlük iş həftəsinə "Work" reklam agentliyi keçəcək. Əməkdaşların maaşı dəyişməz olaraq qalacaq.
"Vapa" piar agentliyi isə başqa yola əl atıb. Orada iş günü altı saatədək azaldılıb. Burada da maaş eyni qalıb.
Şirkətlərin fikrincə, bu halda belə əməkdaşlar 40 saatlıq iş həftəsində olduğu kimi məhsuldar çalışacaq.