Sənaye

Azərbaycanda biznes klass avtomobillərin istehsalına başlanır - QİYMƏTLƏR

ezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda "biznes klass" sinfinə daxil olan avtomobilin yığımı başlayacaq.

Bunu  "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq: "Bu yaxınlarda "Khazar" avtomobilinin tam yeni modeli olan "Khazar CC"nin təqdimatını keçirəcəyik. Bu biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil  avtomat ötürücü qutusuna malikdir. Artıq 30 ədəd istehsal etdiyimiz "Khazar CC"nin qiyməti modifikasiyasından asılı olaraq 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır".

"Azərmaş" rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)