BİZNES

Qonşularımız 100 milyard dollarlıq hədəf seçdilər

Türkiyə və Rusiya 100 milyard dollarlıq ticarət həcminə nail olmağı planlaşdırır.

BI xəbər verir ki, bunu "Türk Axını"nın dəniz hissəsinin  tamamlanması münasibətilə keçirilmiş tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə və Rusiya 2019-cu ili birlikdə turizm Mədəniyyət və Turizm İli kimi qeyd edəcəkdir. 

Türkiyənin 1987-ci ildən bu yana Rusiyadan 387 milyard kubmetrlik qaz tədarük etdiyinə vurğulayan Ərdoğan, "Rusiya ilə əməkdaşlığımız geniş səpkidə irəliləyir. Hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə nail olmaqdır. Turizmdə ilk 9 ayda 5,1 milyon Rus turist ilə yeni bir rekorda da imza atdıq. 2019-u qarşılıqlı Mədəniyyət və Turizm İli kimi qeyd edəcəyik. Tədbirlər xalqlarımızın bir-birini yaxşı tanımalarına vəsilə olacaq" deyib.

Rusiya Prezidenti Vladimir Putin də çıxışında Türkiyə ilə 100 milyard dollarlıq ticarət həcminə nail olmaq istədiklərini bildirib: "Bu mümkündür. Artıq Rusiya və Çin 100 milyard dollarlıq ticarət hədəfinə çatıb. Türkiyə ilə də çatacağımıza inanıram".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)