Sığorta

13 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 18-nin yığımları illik müqayisədə artıb, 3-nün yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Naxçıvan Sığorta" ASC-dir. Bu şirkət yanvarda 121 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 12,4 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Meqa Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları yanvarda 2,752 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 10,9% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət ay ərzində 2 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,8% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin yığımları 18,8% azalaraq 1,621 milyon manata düşüb. 

 

13 sığorta şirkətinin ödənişləri artıb
 
Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar ayında bazarda olmadığı, 1 şirkət (“Naxçıvan Sığorta” ASC) isə 1 il bundan əvvəl ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "PAŞA Sığorta" ASC-dir. Bu şirkət yanvarda 5,415 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Bakı Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri yanvarda 19 min manat təşkil edib ki, bu da illik müqayisədə 22,7% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət ay ərzində 621 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA MBask" ASC-dədir. Bu şirkətin ödənişləri 87,1% azalaraq 118 min manata düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)