“Coca-Cola” Azərbaycanda qiymətləri bahalaşdırdı
Məşhur “Coca-Cola” brendi Azərbaycanda satdığı məhsulların qiymətlərini artırıb.
“MediaPost”un dükanlardan əldə etdiyi məlumata görə, ən çox bahalaşanlar 1 litrlik “Bonaqua” və “Capy” şirələri olub. Belə ki, əvvəllər 0,50 manata satılan “Bonaqua” qazlı və qazsız suları hazırda 0,10 manat bahalaşaraq 0,60 manata satılır. 1,50 manata satılan 1 litrlik “Capy” şirləri isə hazırda 1,60 manata satılır.
Şirkətin digər məhsulları, “Fanta” və “Coca-Cola”nın da qiymətlərinin artdığı bildirilir. Satıcıların sözlərinə görə, əvvəllər bu içkilərin satışı zamanı onlara bir şüşədə 0,10 manat xeyir qaldığı halda, hazırda 2-3 qəpik xeyir qalır.
Dükan sahiblərinin sözlərinə görə, qiymət artımının nə ilə əlaqədar olduğu bildirilmir. Məlumat üçün bildirək ki, “Coca-Cola”nın Azərbaycanda rəsmi təmsilçisi olan “Coca-Cola Bottlers LTD” Şirkəti ölkəmizdə “Coca-Cola”, “Fanta”, “Sprite”, “Burn”,”Bonaqua”, “Capy”və “Fuse” içkilərinin istehsalçısıdır.
Qeyd edək ki, “MediaPost” olaraq “Coca-Cola Bottlers LTD” şirkəti ilə əlaqə saxlamaq istəsək də bu elə istək olaraq qalıb. Belə ki, şirkətin qeyd edilən nömrələri daim məşğul olub.