"Dollar əvvəl bahalaşacaq, sonra düşəcək"
"Citigroup" strateqlərinin proqnozuna görə, ABŞ Dolları, mühüm valyutalar (G - 10) qarşısında
əvvəl bahalaşacaq, sonra isə düşəcəkdir.
"BI" xəbər verir ki, "Citigroup" strateqləri, ABŞ-da ara seçkilərinin nəticələrinin gözlənildiyi kimi olmasına qarşı Dolların bahalaşdığını, səhmlərin düşdüyünü və faizlərin gerilədiyini bildiriliblər.
"Başa düşülməsi çətin olan bu qısamüddətli hərəkətlər treyderlari və analitikləri məyus edəcəkdir" "Citigroup" strateqləri qeyd ediblər.
Bankın strateqləri, ABŞ Dollarının G-10 pulları qarşısında qarşıdakı üç ayda 1 faiz dəyər qazanacağını, 6 - 12 aylıq müddətdə isə 2 faiz dəyərdən düşəcəyini gözləyir.