AZPROMO Çindəki tədbirlərini təxirə saldı
İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çində yayılmış koronavirusla əlaqədar fevral-mart aylarında bu ölkədə keçirmək istədiyi tədbirləri təxirə salıb.
“ENA” xəbər verir ki, bu barədə Fondun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.
Bununla belə, onun sözlərinə görə, rəhbərlik etdiyi qurum üçün Asiya bazarları prioritet olaraq qalır.