Ən böyük ixracatçı şirkətlər açıqlandı - YENİ SİYAHI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin fevral sayı təqdim olunub.
ENA.az xəbər verir ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2020-ci ilin yanvar ayı üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2020-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, " Land Lojistic" " MMC, "Natural Fruit" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", "Fresh Fruits Group" MMC, "Mingəçevir Tekstil" MMC, Atef Şirkətlər Qrupu" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “ASK şüşə” MMC, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.