Sənaye

"Gəncə Şərab-2" dividend ödəninişini müzakirə edəcək

"Gəncə Şərab-2"nin səhmdarları 14 aprel 2020-ci il tarixində növbəti illik ümumi yığıncaq keçirəcəklər. ENA.az xəbər verir ki, "İclasda mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi qaydalarının müzakirə edilməsi nəzərədə tutulub. 

Səhmdarlar həmçinin şirkətin 2019-cu ildəki fəaliyyətini müzakirə edəcək və şirkətin balans hesabatını təsdiq edəcəklər.

Qeyd edək ki, "Gəncə Şərab-2" ASC Azərbaycan şərabçılığının flaqmanıdır və 1998-ci ildə 2 nömrəli Gəncə şərab zavodu bazasında yaradılıb. Hazırda şirkətin istehsal etdiyi şərabın 50% -i ixrac olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)