Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Asiya birjaları kəskin düşüb

Asiya birjaları kəskin düşüb

Asiyada səhmlər Çərşənbə axşamı günkü əməliyyatlarda kəskin dəyərdən düşüblər.

ENA.az xəbər verir ki, Yaponiyada səhmlər treyderlərin tətildən qayıtmaları ilə təxminən 3% geriləyib. Avstraliya və Çin səhmləri 1%-dən daha çox düşüblər. Cənubi Koreya və Honq Konqda isə indekslər yüngül geriləyiblər.

Yeni koronavirus Kovid- 19-un Çin xaricində Cənubi Koreya, İtaliya, İran və Yaponiyada görülməsi qlobal iqtisadi artıma dair narahatlıqları artırıb, bu da səhmlərin satışına səbəb olur.

Çində yeni Kovid-19 epidemiyasında ölənlərin sayı 2 min 665-ə yüksəlib.

Milli Səhiyyə Komissiyasından verilən məlumata görə, ölkədə son 24 saatda 71 nəfər ölüb, 508 yeni Kovid-19 xəstəsi müəyyən olunub. 

Ölkədə virusa yoluxanların sayı  77 min 658-ə yüksəlib. 

Kovid-19 epidemiyasından ölənlərin sayı İtaliyada 7-yə Bahreyndə 2-yə, Küveytdə 5-ə çatıb.

 

İndekslərin xülasəsi:

-Topix İndeksi 2.7% geriləyib.

-Avstraliyanın S&P/ASX 200 İndeksi 1.5% azalıb

-Cənubi Koreyanın Kospi İndeksi 0.6% geriləyib

-Hang Seng İndeksi  0.1% azalıb

-Şanxay İndeksi 1.5% düşüb.