Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sağlamlıq

İrandan gələn iki nəfər koronavirusa görə Bakıda xəstəxanaya yerləşdirildi

İrandan gələn iki nəfər koronavirusa görə Bakıda xəstəxanaya yerləşdirildi

“İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov  bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Onlar həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə