Birja

Azərbaycanda qiymətli metaldan olan xatirə sikkələrə tələbat artıb: AMB 1.844 min xatirə sikkəsi satıb

Azərbaycanda qızıldan və digər qiymətli metaldan olan xatirə sikkələrinə tələbat artıb. 2019-cu ildə Azərbaycan Mərkəzi Bankı 1.844 min xatirə sikkəsi buraxıb.

ENA.az xəbər verir ki, “ötən il ərzində 748 qızıl, 45 qızıl platin, 967 gümüş və 84 mis-nikel xatirə və xatirə sikkələri buraxılmışdır. Sikkələr beynəlxalq standartlara uyğun olaraq 999 probu ilə hazırlanmışdır", deyə məlumatda deyilir.

 

 

Mərkəzi Bank buraxılan sikkələrə həm Azərbaycanda, həm də xaricdə böyük tələbat olduğunu qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)