İnşaat və əmlak

Nazirliklər maşınlarını hərraca çıxardı - QİYMƏT 600 MANATDAN BAŞLAYIR

Daxili İşlər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi balanslarında olan xidməti maşınları hərraca çıxarıb. 

 

"BI" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb. Dekabrın 18-də baş tutacaq hərracda 11 belə maşın satılacaq. Onlardan ən ucuzu Milli Məclisin balansında olan  "QAZ-31029" markalı maşındır. 1995-ciildə istehsale dilən avtomobil 600 manata satılır. 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan "KAMAZ-55111" markalı maşının ilkin satış qiyməti isə 25% ucuzlşaraq 2 625 manata düşüb.  Qeyd edək ki, bu maşınlar 1989-ci ilə aiddir. 

 

Hərracın ən bahalı maşını isə "BMW 320"dir. 2007-ci ildə istehsal edilən maşını 5 200 manata almaq olar. Siyahıda  3000 manat, 4000 min manata satılan maşınlar da yer alıb. 

 

Qeyd edək ki, maşınları almaq üçün öncədən onların dəyərinin 10%-i məbləğində beh ödəyərək hərraca qoşulmaq kifayətdir. Sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunaca. 

 

Maşınlar  barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün sənədlər  (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək təqdim olunmalıdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department