Aktivləri 1 milyard manatdan çox olan 5 bank - SİYAHI
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə aktivləri 1 milyard manatdan çoxdur.
"Azərbaycan Beynəlxalq Bankı" (9 milyard 223 milyon 361 min manat), "PAŞA Bank" (4 milyard 767 milyon 450 min manat), "Kapital Bank" (4 milyard 143 milyon 322 min manat), "Xalq Bank" (2 milyard 458 milyon 468 min manat) və "Bank Respublika"dır (1 milyard 412 milyon 984 min manat).
Qalan 24 bankdan 7-nin aktivləri 500 milyon manatdan 1 milyard manata qədər, 15 bankın aktivləri 100-500 milyon manat arasında, 2 bankın aktivləri isə 10-100 milyon manat arasındadır.
Azərbaycanda 9 bankın aktivləri azalıb
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-sinin bu il yanvarın 1-nı aktivləri illik müqayisədə az olub.
Bunlar "Premium Bank", "Turan Bank", "Rabitəbank", "Azər-Türk Bank", "AGBank", "Amrah Bank", İran Milli Bankının Bakı filialı, Pakistan Milli Bankının Bakı filialı və "Express Bank"dır. Ən çox azalma "Express Bank"da (14,3%), ən az azalma isə "Premium Bank" və "Turan Bank"da (0,6%) qeydə alınıb.
Qalan 22 bankın isə aktivləri artıb. Ən yüksək dinamika "Bank Respublika"da (43,7%), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (0,4%) qeydə alınıb