"Yelo Bank" tender keçirir
"Yelo Bank" ASC yeni "Lənkəran" filialının təmiri üçün acıq tender elan edir.
Ümumi sahəsi 500 kvadratmetr olan yeni bina iki mərtəbədən ibarətdir.
Tender iştirakçılarına təmir ediləcək sahənin planı təqdim ediləcək.
Qalibin seçilməsi zamanı aşağıda qeyd edilmiş bəndlər əsas götürüləcək:
Təklif edilən qiymət; Təmirin tam icra edilmə müddəti (2 ay); İstifadə ediləcək materialların keyfiyyəti; Sifarişçiyə görülmüş islərin nəticəsi barədə həftəlik hesabat verilməsi.
Qeyd edək ki, təmir işləri bu il martın 2-də başlamalı.
Tender təkliflərinin qəbulu bu il fevralın 27-də yekunlaşacaq. Bu tarixədək tenderdə iştirak etməkdə maraqlı olan şəxslər aşağıdakı məlumatlar təqdim edilməlidir:
Tenderdə iştirak üçün yazılı müraciət; İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surəti; tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; İki nüsxədə Azərbaycan və rus dilində tender təklifi (istifadə olunacaq materialların istehsalçı ölkə barəsində məlumat); İnzibati binanın təmir edilməsi üçün tələb olunan müddət.
Xatırladaq ki, sənədlər tender təklifi ilə birlikdə bu il fevralın 27-də saat 17:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin 30 yerləşən ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.
Yaranacaq bütün sualları aşağıdakı məsul şəxslərə ünvanlaya bilərsiniz:
Fərid Mahmudov - fmahmudov@yelo.az, (+99450) 363 97 42
Azər Cəfərov - acafarov@yelo.az, (+99450) 312-27-07