İnşaat və əmlak

Bu binalar söküləcək

Sumqayıtda ötən əsrin 50-ci illərində tikilən binalar söküləcək. 

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilib. 

Qeyd olunub ki, şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək. 

Bununla yanaşı vurğulanıb ki, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və “St.Sumqayıt” yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, həmçinin mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)