"Rusiyada qiymətlər gözlənildiyindən yüksək olacaq"
“Rusiya Çindən idxalı tam dayandıracağı halda, Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin qiymətləri artacaq”.
Bunu açıqlamasında Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.
B.Quliyev qeyd edib ki, məhsulların istehsal həcmi illik planlamaya əsasən aparılır:
“Fermer əkəcəyi məhsulu çoxdan planlayır. Ona görə də burada söhbət Azərbaycan fermerlərinin gəlirlilik səviyyəsinin artırılmasından gedir”.
Rəsmi göstəricilərə görə, koronovirus məsələsinə qədər Rusiyaya pomidor ixrac edən ölkələr arasında Çin üçüncü yerdə idi. Müsahibimiz deyir ki, məlum təhlükədən sonra Çin bu mövqeyini itirməyə başalyıb. Bu da Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların qiymətlərinin proqnoz qiymətlərindən yüksək olacağına əsas verir”.