Sosial iqtisadiyyat

BDU-ya yeni sözçü TƏYİN EDİLDİ

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.

"ENA" xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Jurnalistika fakültəsinin müəllimi Günel İsgəndər qızı Orucəliyeva BDU-nun Mətbuat-informasiya şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl universitetin Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova olub. O, fevralın 12-də öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Günel Orucəliyeva

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)