Ölkəyə rekord həcimdə, 50 tonluq qızıl gətirilib | ENA.az

Axtar

Ölkəyə rekord həcimdə, 50 tonluq qızıl gətirilib

2019-cu il ərzində Azərbaycana 2019-cu il ərzində 49,6 tondan çox qızıl məmulatları (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr) gətirlib.

ENA.az xəbər verir ki, ölkəyə gətirlən qızılın ümumi idxal dəyəri 2 milyard 111,77 milyard ABŞ dolları təşkil edib. Bu da ölkə üzrə idxal edilən ən böyük dəyərdə olan məhsul (kod üzrə) olması deməkdir. Məlumat üçün bildirək ki, Azərbaycanda ən böyük ikinci  kod üzrə məhsul yumşaq buğda sayılır ki, bunun da idxal həcminin dəyəri 323,91 mln. dollardır. Ölkəmizdən xaricə isə qızıl ixracı ilə bağlı rəsmi olaraq bildirlir ki, ixrac baş tutmayıb.

İdxal edilmiş qızılın həcmi 2018-ci il ilə müqayisədə miqdarca 2,5 dəfəyə yaxın artması deməkdir. Belə ki, 2018-ci ildə Azərbaycana 20,5 min ton miqdarında bu qiymətli məlumatlar ölkəmizə daxil olmuşdu.

Hesabat dövrü ərzində ölkəyə 2,82 tonluq gümüş gətirlib ki, bunun da dəyəro 3,16 mln. ABŞ dolları təşkil edib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33