BİZNES

Banan idxalında yeni rekord

2019-cu ildə Azərbaycana 39 min 426 ton banan tədarük edilib ki, bu da rekord hədddir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, banan idxalı 2018-ci illə müqayisədə 5,9% artıb.

İdxalın ümumi elan edilmiş həcmi 28,4 milyon ABŞ dolları təşkil edib.

Bir kiloqram bananın qiyməti 0,72 dollar bəyan edilib. Pərakəndə satışda məhsul il ərzində 2.28 - 2.69 manata (1.34-1.58 dollar) satılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)