Azərbaycanda yük nəqliyyatında benzin və dizelin mövqeyi zəifləyir, STQ artır – Rəsmi rəqəmlər
1 yanvar 2020-ci il tarixinə olan göstəriciyə görə Azərbaycan ərazisində istifadə olunan 147 343 yük avtomobil vardır.
ENA.az AzStatKom-a istinadən xəbər verir ki, ölkədə iqtisadiyyatın əsas hissəsini təşkil edən yük avtomobilləri illik sayda sabit qalıb. Lakin, yanacaq növü üzrə istifadə olunma üzrrə pay bğlgüsü dəyişib.
Ölkədə, benzin mühərrikli 50 871, dizel mühərrikli isə 93 679, maye qaz (STQ və ya LNG) mühərrikli 2 793 yük avtomobili qeydə alınıb.
Ötən ilin eyni dövründə Azərbaycanda qeydə alınan yük avtomobilləri üzrə 35% benzinlə, 65%-i dizellə çalışmışdır. Həmin göstəricilərdə hətta maye qazla bağlı rəsmi rəqəmlər yer almamışdı. Bu ilin 1 yanvarında isə benzinlə çalışan avtomobillərin sayı 34,5%, dizellə 63,6% və maye qazla çalışanların sayı isə 1,9% təşkil etmişdir.