13 bankın faiz xərcləri azalıb
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 13-nün ötənilki faiz xərcləri əvvəlki ilə nisbətən az olub.
Bunlar "Muğan Bank", "Access Bank", "Premium Bank", "Rabitəbank", "Xalq Bank", "Kapital Bank", "AFB Bank", "Bank Avrasiya", "Azərbaycan Beynəlxalq Bankı", "Bank of Baku", "Azər-Türk Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (59,1%), ən az azalma isə "Muğan Bank"da (0,7%) qeydə alınıb.
Qalan 16 bank isə faiz xərclərini artırıb. Bu baxımdan ən yüksək dinamika "Günay Bank"da (2,2 dəfə), ən aşağı dinamika isə "AGBank"da (6%) qeydə alınıb.
5 bankın faiz xərcləri 30 milyon manatdan çoxdur
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin ötənilki faiz xərcləri 30 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (98,161 milyon manat), "Kapital Bank" (63,365 milyon manat), "Access Bank" (47,756 milyon manat), "PAŞA Bank (38,792 milyon manat) və "Unibank"dır (33,617 milyon manat).
Qalan 24 bankdan 14-də faiz xərcləri 10-30 milyon manat arasında, 10 bankda isə 10 milyon manatdan azdır.