"Lipton" satışa çıxarılıb
Dünyanın aparıcı qida istehsalçısı “Unilever” şirkəti “Lipton” və “Pucca” çay markalarını satışa çıxarıb.
“ENA” xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən brendlərin 6 milyard avroya satılması nəzərdə tutulub.
Xatırladaq ki, dünyada qara çaya tələbatın azalması şirkətin işində çətinliklər yaradıb. Səhmdarlara 3-5% illik böyümə vəd edən “Unilever” ötən il istehsalın həcmini cəmi 1-2% artıra bilib.