Sosial iqtisadiyyat

Azərbaycanda məşhur özəl klinika cərimələndi

“Atlas Medical Center” MMC açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğu üçün beş min manat cərimə edilib.

ENA.az xəbər verir ki, bu barədə qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb.

Klinika İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.

Qərarından narazı qalan “Atlas Medical Center” MMC apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)