Bakıda bu balıq məhsulunun satışı dayandırıldı - FOTO
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Karona LTD” MMC-yə məxsus balıq məhsullarının saxlanma anbarına baxış keçirib.
Agentlikdən verilən məlumata görə, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Sözügedən tədbirlər çərçivəsində keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiketlərində əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib.
Bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxlama keçirilib. Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib. Məhsulun satışı dərhal dayandırılıb.
Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcək.
Bizimlə əla