"Cərimə qorxusu" öz işini gördü: Əmlak sığortası artıb
2020-ci ildən icbari icbari əmlak sığortası ilə bağlı cərimələrin tətbiqinə başlanacağı barədə bəyanatlar nəticəsində 2019-cu ilin sonuna doğru fərdi şəxslərin mənzillərini sığortalaması artdı. Bu da daşınmaz əmlakın icbari sığortası üzrə 2019-cu ildə toplanmış sığorta haqlarının artmasına səbəb olub.
ENA.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı məlumatlara görə, 2019-cu ildə daşınmaz əmlakın icbari sığortası 43 milyon 426 min manat sığorta haqları toplanıb və bu, 2018-ci illə müqayisədə 13 milyon 61 min manat çoxdur. Sığorta şirkətləri 2018-ci ildə daşınmaz əmlakın icbari sığortası üzrə 30 milyon 364 min manat sığorta haqları yığmışdılar.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişləri aşağıdır. 2018-ci ildə 4 milyon 25 min manat təşkil etmiş sığorta ödənişləri 2019-cu ildə 5 milyon 415 min manata yüksəlib.