SOCAR-ın prezidenti erməni kilsələrinə pulsuz qaz verilməsi sualına belə cavab verdi - VİDEO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti gənclərlə son görüşündə ona ünvanlanan bir sıra sualları cavablandırıb. Bunlardan biri Gürcüstan pravoslav kilsəsinin şirkətdən aldığı təmənnasız qazla bu ölkə ərazisində yerləşən erməni kilsələrini təchiz etməsinə dair idi. SOCAR rəhbəri cavabında kvotanın Gürcüstan pravoslav kilsəsinə verildiyini və onların özlərinin bu kvotanı böldüyünü deyib.