“Samsung” Çindəki ən iri satış mərkəzini bağlayır
Cəbuni Koreyanın “Samsung Electronics” şirkəti Çində yayılmış koronavirusla (2019-nCoV) əlaqədar bu ölkədəki ən iri satış mərkəzini müvəqqəti bağlayacaq.
“ENA” “Yonhap” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi bildirib.
“Çindəki satış mərkəzimizi təhlükəsizliklə bağlı fevralın 9-na qədər bağlamaq qərarına gəlmişik. İşlərin bərpası ölkədəki vəziyyətdən asılı olacaq”, - deyə o, qeyd edib.
Sözügedən mərkəz ötən ilin oktyabr ayında Şanqhayda açılıb və 800 kvadratmetr ərazini əhatə edir.
Xatırladaq ki, fevralın 1-də ABŞ-ın “Apple” korporasiyası da Çindəki satış mərkəzlərinin işini fevralın 10-na qədər dayandırdıqlarını elan edib.