MALİYYƏ

Azərbaycan əhalisində 52 milyard yarım pul var: Rəsmi statistika

2019-cu ildə ölkə əhalisinin nominal gəlirləri 2018-ci ilə nisbətən 7,4 faiz artaraq 57 milyard 35 milyon manat təşkil edib. Bu o deməkdir ki, əhalinin hər nəfərinə orta hesabla 5.758,6 manatlıq gəlir düşüb.

ENA.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52 milyard 500 milyon manat vəsait qalıb. Bu isə 2018-ci illə müqayisədə 7,1 faiz çoxdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)