Azərbaycan Qәtәrә mal əti İXRAC EDƏCƏK
Azərbaycanda istehsal olunan mal әtinin Qәtәr dövlәtinә ixrac edilmәsi üçün fermerlәrlә görüşlәr keçirilib.
"ENA" xəbər verir ki, bu barədə “Aqrar tәdarük vә tәchizat” Açıq Sәhmdar Cәmiyyәtinin 2019-cu ilə dair hesabatında deyilir.
"Bundan әlavә yerli fermerlәrә dәstәk olaraq Hacıqabul rayonunda istehsal olunan toyuq mәhsulunun BӘӘ-nә ixracı hәyata keçirilib. Fermerlәrә Әrәb ölkәlәrinin yeni bazarlarına ixrac üçün mәhsulun hazırlanması,
qablaşdırılması, gömrük sәnәdlәşdirilmәsi vә göndәrilmәsi ilә bağlı tәlimlәr keçirilib",- hesabatda deyilir.