ABŞ Belarusa tətbiq etdiyi sanksiyaları LƏĞV EDƏ BİLƏR
ABŞ-ın Belarusa qarşı sanksiyalarının ləğv olunması ehtimalı artıb.
“ENA” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo Belarusa səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandr Lukaşenko və xarici işlər naziri Vladimir Makei ilə apardığı danışıqlardan sonra bildirib.
Belarusun öz yolunu müstəqil olaraq seçərək kənar təzyiqlərə boyun əyməməsini arzuladıqlarını qeyd edən M.Pompeo həmçinin bu ölkəni məqbul qiymətə yanacaqla bütövlükdə təmin etməyə hazır olduqlarını da diqqətə çatdırıb.